17:44 17-06-2021
news_image
228
FUTBOL

Bolqarıstanın MOİK-i ilə qarşılaşacaq – “Qarabağ”

“Qarabağ”ın yeni mövsüm üçün hazırlıq planı bəlli olub. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisinin hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. 

Paytaxtdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ” iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.

Təlim-məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada baş tutacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da nəzərdə tutulub. Komandamız iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqibimiz isə “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu  rəqibimizin adına daha sonra aydınlıq gələcək.