00:11 18-06-2021
news_image
93
FUTBOL

PSJ-yə təklif olundu – Serxio Ramos

İspaniyanın “Real” klubu ilə vidalaşan Serxio Ramosun karyerasını davam etdirə biləcəyi komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı ispan müdafiəçi karyerasını Fransada davam etdirə bilər.

Onun agentləri Ramosun xidmətlərini PSJ-yə təklif edib. Təmsilçiləri və futbolçu Paris variantını ən münasib sayır.

Onlar bunun üç məqamı əsas götürür. Birincisi, baş məşqçi Maurisio Poçettino ispandillidir. İkincisi, Parisdən Madridə olan məsafə təyyarə ilə cəmi 1 saatlıq uçuşdur. Üçüncüsü, Fransadakı vergilər daha sərfəlidir.

Üstəlik, PSJ Tyaqo Silvanı gedişindən sonra mərkəz müdafiəçisi axtarır. Lakin bütün bu məqamlara baxmayaraq, keçidin baş tutub-tutmayacağı qeyri-müəyyəndir.