09:31 18-06-2021
news_image
301
FUTBOL

Türkiyə klubu ilə anlaşdı – Dieqo Kosta

“Atletiko”nun sabiq hücumçusu Dieqo Kostanın yeni klubu müəyyənləşib.

Apasport.az-ın AS nəşrinə istinadən məlumatına görə, 32 yaşlı forvard karyerasını Türkiyədə davam etdirəcək.

Yanvarda “Atletiko” ilə müqaviləsinə xitam verən və həmin vaxtdan klubsuz qalan İspaniya millisinin keçmiş üzvü “Beşiktaş”la danışıqları yekunlaşdırıb. “Palmeyras”, “Boka Xuniors”, “San Paulo”, həmçinin İngiltərə və Səudiyyə Ərəbistanından gələn təkliflərə baxmayaraq, Kosta Türkiyə çempionu ilə müqavilə imzalamağa razılıq verib. Artıq hərtərəfli anlaşma əldə olunub, yaxın günlərdə münasibətlər rəsmiləşəcək.

Qeyd edək ki, Dieqo Kosta ötən mövsüm 7 oyun keçirib, 2 qol vurub.