12:16 18-06-2021
news_image
169
FUTBOL

“Sumqayıt” saxladı – millimizin müdafiəçisini

Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Sumqayıt”da daha bir futbolçu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Elvin Bədəlovun taleyinə aydınlıq gəlib.

Müdafiənin aparıcı simalarından olan 26 yaşlı futbolçu ilə yeni müqavilənin imzalanması qərara alınıb. Razılığa əsasən, milli komandamızın üzvü daha bir il “gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Sumqayıt” buna qədər baş məşqçi Ayxan Abbasovla yanaşı, Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev, Vüqar Mustafayev, Aydın Bayramov, Höccət Haqverdi və Tellur Mütəllimovla da yeni müqavilə bağlayıb.