13:06 18-06-2021
news_image
186
FUTBOL

İlk dəfə kluba sponsor oldu - kriptovalyuta

İspaniyanın “Valensiya” klubu “Chiliz” kriptovalyutası ilə anlaşma imzalayıb.

Apasport.az saytının məlumatına görə, bunu La Liqa təmsilçisi açıqlayıb.

“Chiliz” yeni mövsümdə klubun titul sponsoru olacaq. Bu şirkət azarkeşlər üçün jetonların yaradıcısıdır və “Socios.com” platformasına sahibdir.

“Valensiya” və “Chiliz” bu platforma vasitəsilə “VCF” fan tokenini istifadəyə verəcək. Bununla da La Liqa təmsilçisi geyiminin üzərində reklam edən ilk klub olacaq.