13:08 18-06-2021
news_image
117
AVRO-2020

AVRO-2020-nin finalının yer dəyişikliyini istisna etmədi - UEFA

AVRO-2020-nin final matçının Londondan alınması xəbərinə UEFA münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu dəyişikliyi istisna etməyib.

Lakin UEFA rəsmi açıqlamasında həlledici qarşılaşmanın “Uembli” stadionunda baş tutacağına inanır: “Həmişə bir fövqəladə planımız var. Amma turnirin son həftəsinin Londonda keçiriləcəyinə əminik”.

Qeyd edək ki, iyulun 11-də baş tutacaq Avropa çempionatının final görüşünün Londondan Budapeştə keçirilməsi iddiası ortaya atılıb.