14:50 18-06-2021
news_image
142
AVRO-2020

Türkiyənin Bakıdakı son matçının hakimi açıqlandı - AVRO-2020

AVRO-2020-də qrup mərhələsinin III turunun ilk təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Romada və Bakıda keçiriləcək A qrupundakı son matçları idarə edəcək hakimlər müəyyənləşib.

İyunun 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq İsveçrə - Türkiyə qarşılaşmasını sloveniyalı Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri kömək edəcəksə, 4-5-ci hakimlər İsveçdəndir. UEFA Almaniyadan olan briqadaya VAR hakimləri kimi təyinat verib. Görüşün hakim-inspektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə gürcüstanlı İrakli Nakaidze olacaq.

Həmin gün Roma Olimpiya Stadionunda keçiriləcək İtaliya – Uels oyununu isə rumıniyalı Ovidiu Hateqan idarə edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.