11:44 01-09-2008
news_image
475
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən beynəlxalq turnirlərdə zəif nəticə göstəriblər

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçıları İspaniyada təşkil olunan üç beynəlxalq turnirdə çıxış ediblər. “APA-Sport” agentliyinin məlumatına görə, idmançılarımızın hamısı mükafatsız qalıb. Barselona şəhərində keçirilən turnirə qatılan Namiq Quliyev keçirdiyi 10 oyunda 7,5 xal toplayıb və 10-cu yeri tutub. Digər şahmatçılarımız Loğman Quliyev və Rəşad Babayev Kollado Vilalba şəhərində baş tutan yarışda qüvvələrini sınayıblar. Onların hər ikisi 6 xal toplayaraq, müvafiq olaraq, 11-ci və 14-cü pillədə qərarlaşıblar. Beynəlxalq qrossmeysterimiz Azər Mirzəyev isə Barreda şəhərində təşkil edilmiş analoji birincilikdə uğursuzluğa düçar olub. Reytinq favorit olan təmsilçimiz turniri 6 xalla 7-ci sırada başa vurub.