17:45 20-06-2021
news_image
128
FUTBOL

Qazanan ölkələr – Amerika Kubokunu

Hazırda bütün Avropanın diqqəti AVRO-2020-də gedən mübarizədədir.

Apasport.az saytının məlumatına görə, hazırda Cənubi Amerikada qitənin ən güclüsünü müəyyən etmək üçün Amerika Kuboku keçirilir.

Ev sahibliyini Braziliyanın etdiyi yarışda qrup mərhələsinin matçları oynanılır.

Amerika Kuboku 1916-cı ildən bəzən hər il, bəzən 2 ildən bir, 1975-ci ildən 4 ildən bir, 1987-ci ildən sonra 2 ildən bir, indinin özündə də müxtəlif fasilələrlə təşkil olunur. Turnirin çempionlarını və onların kuboku qazandıqları illəri təqdim edirik.

1. Uruqvay – 15 çempionluq
Çempion olduğu illər: 1916, 1917, 1920, 1923, 1924, 1926, 1935, 1942, 1956, 1959, 1967, 1983, 1987, 1995, 2011

2. Argentina – 14
Çempion olduğu illər: 1921, 1925, 1927, 1929, 1937, 1941, 1945, 1946, 1947, 1955, 1957, 1959, 199, 1993

3. Braziliya – 9
Çempion olduğu illər: 1919, 1922, 1949, 1989, 1997, 1999, 2004, 2007, 2019

4-6. Paraqvay – 2
Çempion olduğu illər: 1953, 1979

Çili – 2
Çempion olduğu illər: 2015, 2016

Peru – 2
Çempion olduğu illər: 1939, 1975

7-8. Kolumbiya – 1
Çempion olduğu il: 2001

Boliviya – 1
Çempion olduğu il: 1963