22:17 18-06-2021
news_image
139
FUTBOL

“Real”dan ayrılacaq – daha bir müdafiəçi

“Real”ın daha bir futbolçusu komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, kapitan Serxio Ramosdan sonra digər mərkəz müdafiəçisi Rafael Varan da “kral klubu”ndan ayrılmaq fikrindədir.

Fransa millisinin üzvü AVRO-2020-dən sonra bu barədə qərarını açıqlamağı planlaşdırır. Lakin ulduz futbolçunun hansı kluba keçəcəyi hələ məlum deyil. 28 yaşlı oyunçunun müqavilə müddəti gələn ilin yayına qədər olduğundan, onun gedişi İspaniya təmsilçisinə qazanc gətirəcək.

Qeyd edək ki, Rafael Varan ötən mövsüm 31 oyunda 2 qol vurub.