22:32 18-06-2021
news_image
130
AVRO-2020

Çexiya ilə oyunda tarixə düşdü - Perişiç

AVRO-2020-nin qrup mərhələsində Çexiya ilə oyun Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Perişiç üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu matçda fərqlənərək, unikal göstəriciyə nail olub.

47-ci dəqiqədə bərabərlik topuna imza atan Perişiç 4 böyük turnirdə qol vurmağı bacaran ilk xorvatiyalı kimi tarixə düşüb. 32 yaşlı hücumameyilli futbolçu DÇ-2014, AVRO-2016 və DÇ-2018-də də fərqlənməyi bacarıb.

Qeyd edək ki, Xorvatiya – Çexiya oyunu 1:1 hesabı ilə başa çatıb.