13:50 20-06-2021
news_image
90
AVRO-2020

Millidə ən çox oyun keçirən avropalılar - Modriç 15-ci oldu

AVRO-2020-nin qrup mərhələsinin II turunda Çexiya ilə keçirilən oyun (1:1) Luka Modriçin Xorvatiya millisinin formasında 140-cı matçı olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Avropada bu göstəriciyə çatan 15-ci oyunçudur.

Modriç 2006-cı ildən yığmasının formasını geyinir. Avropada millinin heyətində ən çox oyun keçirən futbolçu ispaniyalı Serxio Ramosdur.

Qeyd edək ki, Azərbaycan yığmasının rekordçusu Rəşad Sadıqovdur. Sabiq müdafiəçinin aktivində 111 görüş var.

Futbolçu

Amplua

Komanda

İl

Oyun sayı

Serxio Ramos

Müdafiəçi

İspaniya

2005-...

180

Canluici Buffon

Qapıçı

İtaliya

1997-2018

176

Kriştiano Ronaldo

Hücumçu

Portuqaliya

2003-...

176

Vitali Astafyev

Yarımmüdafiəçi

Latviya

1992-2010

167

İker Kasilyas

Qapıçı

İspaniya

2000-2016

167

Martin Reym

Yarımmüdafiəçi

Estoniya

1992-2009

157

Lotar Matteus

Yarımmüdafiəçi

Almaniya

1980-2000

150

Anders Svensson

Yarımmüdafiəçi

İsveç

1999-2013

148

Robbi Kin

Hücumçu

İrlandiya

1998-2016

146

Anatoli Timoşuk

Yarımmüdafiəçi

Ukrayna

2000-2016

144

Tomas Ravelli

Qapıçı

İsveç

1981-1997

143

Marko Kristal

Yarımmüdafiəçi

Estoniya

1992-2005

143

Maykl Mifsud

Hücumçu

Malta

2000-2020

143

Lilian Türam

Müdafiəçi

Fransa

1994-2008

142

Luka Modriç

Yarımmüdafiəçi

Xorvatiya

2006-...

140