00:21 19-06-2021
news_image
117
AVRO-2020

Unikal göstərici – çexlərdən

Çexiya yığması AVRO-2020-nin qrup mərhələsində Xorvatiya ilə keçirilən oyunda unikal seriyasını davam etdirib.

Apasport.az saytının məlumatına görə, çexlər buna penaltidən vurduqları qolla nail olublar.

Matçın 37-ci dəqiqəsində xorvatların qapısına təyin olunan penaltini Patrik Şik dəqiq tamamlayıb. Avropa çempionatları tarixində 24-cü dəfə onbirmetrlik zərbə yerinə yetirən çexiyalılar (əvvəlki adı Çexoslovakiya) bunun hamısında topu tordan keçirməyə müvəffəq olublar.

Qeyd edək ki, Xorvatiya – Çexiya oyunu 1:1 hesabı ilə başa çatıb.