11:09 19-06-2021
news_image
118
FUTBOL

Milli komandanı cəzalandırdı - FİFA

FİFA-nın İntizam Komitəsi Meksika millisini cəzalandırıb.

Apasport.az saytının məlumatına görə, buna yığmanın azarkeşlərinin səsləndirdiyi şüarlar səbəb olub.

Olimpiya təsnifat turnirinin Dominikan Respublikası və ABŞ-la martda keçirilən görüşlərindəki şüarlar Meksika yığmasına baha başa gəlib. FİFA millinin DÇ-2022-dəki iki ev oyununu azarkeşsiz keçirməsinə qərar verib. Bundan başqa, Meksika Futbol Federasiyası 60 min İsveçrə frankı cərimə də ödəyəcək.

Qeyd edək ki, Meksika millisi sentyabrın 2-də Yamayka, oktyabrın 7-də Kanada ilə ev matçını azarkeşsiz keçirməli olacaq.