11:38 19-06-2021
news_image
175
FUTBOL

“Fənərbaxça”dan gedir – “Cenoa”nı istəyir

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Dieqo Perotti İstanbul təmsilçisini tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı argentinalı yarımmüdafiəçi bu yay özünə yeni klub tapmağa qərar verib. 

Perotti oynamaq istədiyi komandanın adını da açıqlayıb: “İtaliya həmişə mənim ürəyimdə olacaq. Oğlum Genuya da anadan olub. Mən də “Cenoa”ya qayıtmaq istəyirəm”.

Qeyd edək ki, Dieqo 2020-ci ilin oktyabrından “Fənərbaxça”da oynayır.