12:08 19-06-2021
news_image
412
FUTBOL

Ukraynada 3 klubla danışıq aparır – Ramil Şeydayev

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını Ukraynada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, məlumatına görə, “Sabah”la müqaviləsi başa çatan forvard 3 klubla danışıqlar aparır.

Bunlar Donetsk “Olimpik”i, “Lvov” və “Maripol”dur.

Vaxtilə Türkiyədə “Trabzonspor”un, Slovakiyada “Jilina”nın formasını geyinmiş Ramil yenidən legioner həyatı yaşamaqda qərarlıdır və bu məqsədlə maliyyə şərtləri üzərində çox dayanmır (sportinfo.az).