12:51 19-06-2021
news_image
180
FUTBOL

Torres arzusunu təxirə saldı – “Real”

İspaniyanın “Real” klubu Pau Torresin transfer etmək istəyini təxirə salıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi İspaniya yığmasının və “Vilyarreal”ın müdafiəçisinin xidmətində maraqlıdır.

Lakin futbolçunun qiyməti “Real”ı qane etmir. “Kral klubu” ona görə 50 milyon avro ödəmək gücündə deyil.

“Vilyarreal” da 24 yaşlı müdafiəçisini saxlamaqda israrlıdır. Bu üzdən də “Real” Torres sevdasını növbəti yaya qədər təxirə salıb. Madridlilər həmin vaxta qədər həm öz maliyyə durumlarının sabitləşməsinə, həm də “Vilyarreal” rəhbərliyinin fikrindən daşınmasına ümidlidir.

Qeyd edək ki, Pau digər İspaniya nəhəngi “Barselona”nın da transfer siyahısındadır.