13:13 19-06-2021
news_image
488
TOP OYUNLARI

Türkiyə klubu ilə müqavilə bağladı – millimizin oyunçusu

Azərbaycan milli komandasının voleybolçusu Olena Xarçenko özünə yeni klub tapıb. 

Apasport.az saytının məlumatına görə, 26 yaşlı milliləşdirilmiş voleybolçu karyerasını Türkiyədə davam etdirəcək. 

Ötən mövsümü Macarıstanın “MCM-Diamant” klubunda keçirən blokçu “Bolu Bələdiyyəspor”la anlaşıb. 1 illik müqavilə imzalayan voleybolçu yeni mövsümdə qardaş ölkə təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, “Bolu Bələdiyyəspor” ötən mövsüm Sultanlar Liqasına yüksəlib.