13:48 19-06-2021
news_image
112
FUTBOL

65 milyon avro istəyir - PSJ

Fransanın PSJ klubunun futbolçusu Əşrəf Hakimi üçün tələb etdiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi müdafiəçi üçün İtaliya “İnter”indən 65 milyon avro istəyib.

Bunun 60 milyonu transfer üçündürsə, digər 5 milyon bonuslara görə nəzərdə tutulub. Hakimi artıq Milan təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. O, 2026-cı ilə qədər müqavilə imzalayacaq. Hakiminin qazancı ildə 8 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, müdafiəçi “Çelsi”nin də maraq dairəsində idi.