15:01 19-06-2021
news_image
206
FUTBOL

“Liverpul” hücumçu tapıb – İtaliya yığmasından

İtaliyanın “Sassuolo” klubunun daha bir futbolçusu Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İtaliya yığmasının əsas hücumçularından olan Domeniko Berardi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“Liverpul” forvardı heyətinə qatmaq istəyir. Yurgen Klopp Berardinin artıq bu yay komandasına keçməsində maraqlıdır. 

Mersisaydlılar Domenikoya müştəri düşən ilk İngiltərə klubu deyil. Tottenhem” də onun transferini həll etməyə çalışır.

Qeyd edək ki, “Sassuolo”nun İtaliya yığmasındakı digər təmsilçisi Manuel Lokatelli “Yuventus”a keçə bilər.