15:33 19-06-2021
news_image
103
FUTBOL

Mourinyonun yanına gedir - Patrisio

İngiltərənin “Vulverhempton” klubunun qapıçısı Rui Patrisio karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı qolkiper “Roma” ilə anlaşıb.

33 yaşlı futbolçu həmyerlisi Joze Mourinyonun rəhbərliyi altında oynamağa razılıq verib. Lakin onun keçidinin rəsmiləşməsi üçün iki klub arasında razılığın əldə olunması zəruridir.

Premyer liqa klubu qapıçı üçün 15 milyon avro istəyir. Romalılar isə yalnız 8 milyon ödəməyə hazırdır.

Qeyd edək ki, Patrisio ötən mövsüm 37 oyundan 10-da qapısını toxunulmaz saxlayıb.