17:31 19-06-2021
news_image
200
AVRO-2020

Portuqaliya yığmasında itki – hücumçusu kənarda qaldı

Portuqaliya millisi AVRO-2020-nin bu gün keçiriləcək Almaniya ilə oyunu öncəsi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Joau Feliş yığmasına kömək edə bilməyəcək.

Buna səbəb hücumçunun sol ayağında ağrılar hiss etməsidir. Yığmanın həkimləri məşq zamanı özünü narahat edən forvardı qorumağı məsləhət bilib. Onun adı matçın protokolundan kənarda qalacaq.

Qeyd edək ki, Portuqaliya – Almaniya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.