20:05 19-06-2021
news_image
83
AVRO-2020

“9”a çatdı – Fransa və Qrizmann

Fransa millisinin məğlubiyyətsizlik seriyası 9-a çatıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin II turunun Macarıstanla oyununda 1:1 hesablı heç-heçə edən Didye Deşamın yetirmələri  son 7 ayda 7 qələbə qazanıb və 2 heç-heçə edib.

Fransalılar sonuncu dəfə ötən il noyabrın 11-də Finlandiya ilə yoldaşlıq görüşündə məğlub olub – 0:2. Komandasını məğlubiyyətdən xilas edən Antuan Qrizmann yığmanın rekordunun bir addımlığına çatıb.

O, final mərhələlərində 9-cu matçda qol vurub. O, Avropa çempionatlarının 7, dünya çempionatlarının 2 qarşılaşmasında fərqlənib.

Yalnız Tyerri Anri və Mişel Platini daha çox – hərəyə 10 oyunda qol vurub. Antuanı bu rekorddan bir matç ayırır.