20:58 19-06-2021
news_image
191
AVRO-2020

Ronaldodan ilk – Almaniya fəth olundu, sırada Fransadır

Almaniya ilə AVRO-2020-nin oyunu Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo üçün ilklə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu karyerasında ilk dəfə Bundestimin qapısına qol vurub.

36 yaşlı forvard bunadək 4 oyunda 360 dəqiqə Almaniyanın qapısına yol tapa bilməyib. O, 23 dəfə çərçivə istiqamətində zərbə vursa da, fərqlənə bilməmişdi.

Yalnız Fransa Ronaldodan daha yaxşı qorunur. Kriştiano bu rəqibə 6 matçda qol vurmayıb. Növbəti turda portuqaliyalılar məhz bu komanda ilə görüşəcək.

Bu, Ronaldonun yığmada 107-ci qoludur. O, iranlı Əli Daeiyə məxsus dünya rekordundan 2 top geri qalır.

Kriştiano AVRO-2020-də 3-cü qolunu vuraraq çexiyalı Patrik Şikə çatıb. Turnirin bombaridri adına şərik olan portuqaliyalı 3 qitə çempionatında 3 və ya daha çox qol vuran ilk oyunçudur. O, AVRO-2012 və AVRO-2016-da da buna nail olub.