00:01 20-06-2021
news_image
389
AVRO-2020

Türkiyə Bakıda qalacaq – İsveçrəni udsa

AVRO-2020-nin qrup mərhələsində son oyununu sabah İsveçrəyə qarşı keçirəcək Türkiyə yığması Bakıda qala bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün qardaş ölkə təmsilçisinin qələbə qazanması vacibdir.

Əgər Şenol Günəşin yetirmələri 3 xal qazansa, “ay-ulduzlular” qrupda 3-cü yeri tutacaq. Bu isə komandanın taleyini qeyri-müəyyən edəcək.

Türkiyənin 1/8 finala yüksələn 4 üçüncü yer sahibi arasında olub-olmaması digər qruplardakı görüşlərin başa çatmasından sonra dəqiqləşəcək. “Ay-ulduzlular” da 3-cü olub, taleyini gözləyəsi olsa, Bakıda qalacaq.

Türkiyə yığması 3-cü yerlə ölkəmizsə qalsa, qrup mərhələinin başa çatdığı iyunun 23-dən sonra ya vətənə dönəcək, ya da 1/8 final matçını keçirəcəyi məkana yollanacaq.

Qeyd edək ki, iyunun 12-də Bakıya gələn Günəşin komandası Olimpiya Stadionunda Uelsə 0:2 hesabı ilə uduzub. İlk matçında İtaliyaya 0:3 hesabı ilə məğlub olan türkiyəlilər 3-cü yeri tutmaq və 1/8 final şansını qorumaq üçün sabah mütləq qalib gəlməlidir.