21:51 20-06-2021
news_image
469
AVRO-2020

Türkiyədən vida, Uels Bakıya yaxınlaşır – İtaliyadan 100 faizli nəticə

Bu gün AVRO-2020-nin qrup mərhələsində III tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 oyun keçirilib.

A qrupunda baş tutacaq matçlar eyni vaxtda başlayıb. Bakı Olimpiya Stadionunda qardaş Türkiyə yığması ilə İsveçrə üz-üzə gəlib.

3-cü yeri tutaraq 1/8 final şansını saxlamaq üçün mütləq qalib gəlməli olan Şenol Günəşin yetirmələri bu vəzifənin öhdəsindən gəlməyib. İlk yarıda iki top buraxan “ay-uıduzlular” ikinci hissədə toplardan birinin əvəzini çıxaraq azarkeşlərini ümidləndirib. Bu, ilk iki görüşdə quru hesabla uduzan Türkiyə yığmasının ilk qolu olub. Lakin daha bir qol vuran isveçrəlilər inamlı qələbə qazanıb.

Günün digər matçında qrup qalibi müəyyənləşib. İlk iki turda qələbələri sıralayan İtaliya əsas heyət üzvlərini qorusa da, Uelsi məğlub etməkdə çətinlik çəkməyib. Qrup mərhələsini itkisiz başa vuran Roberto Mançininin yetirmələri 1/8 finala 1-ci yerin sahibi kimi çıxıb.

İkinci yerin sahibi isə top fərqi ilə müəyyənləşib. Eyni xala malik və şəxsi oyunda heç-heçə edən komandalardan Uels 2-ci yerlə 1/8 finala yüksəlib. Bu, böyük britaniyalılara 1/4 finalda yenidən Bakıya gəlmək şansı yaradıb. İsveçrənin isə mərhələ adlayan dörd 3-cü yer sahibi arasına düşüb-düşməməsini digər qrupların nəticələrindən sonra bəlli olacaq.

Qeyd edək ki, bu matçlara qədər İtaliya, Belçika və Niderland yığmaları 1/8 finala yüksəlib.

AVRO-2020
Qrup mərhələsi
III tur, 20 iyun
A qrupu
20:00. İtaliya – Uels - 1:0
Qol:
Matteo Pessina, 39
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Roma. Olimpiya Stadionu

20:00. Türkiyə - İsveçrə - 1:3
Qollar:
İrfan Kahveci, 62 - Haris Seferoviç, 6, Xerdan Şakiri, 26, 68
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu

1

İtaliya

3

3

0

0

7-0

9

2

Uels

3

1

1

1

3-2

4

3

İsveçrə

3

1

1

1

4-5

4

4

Türkiyə

3

0

0

3

1-8

0