19:22 20-06-2021
news_image
199
FUTBOL

İkinci rəqibi dəqiqləşdi - “Neftçi”nin

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Bakı təmsilçisi iyunun 25-də Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. 

“Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində hazırlıq keçən “Neftçi” toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.