22:51 20-06-2021
news_image
416
FUTBOL

Kipr klubuna keçdi - Araz Abdullayev

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni komandası müəyyənləşib.

Apapsort.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

O, “Etnikos”a keçib. Araz yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Abdullayev ötən mövsüm Türkiyənin aşağı liqa təmsilçisi “Boluspor”da oynayıb.