09:38 21-06-2021
news_image
150
AVRO-2020

Karyerası ilə bağlı qərarını verdi - Pandev

Şimali Makedoniya futbolunun canlı əfsanəvi Qoran Pandev milli karyerasını başa vurur.

Apasport.az saytının məlumatına görə, bunu 38 yaşlı hücumçu özü deyib.

Yığması ilə AVRO-2020-yə qatılan veteran oyunçu qrup mərhələsində Niderlandla bu gün keçiriləcək matçın onun üçün vida görüşü olacağını söyləyib. Pandev, ümumiyyətlə, karyerasını bitirə biləcəyini də istisna etməyib: “Cenoa” ilə müqaviləm bitib. Bundan sonra peşəkar futbolda oynamaq planım yoxdur. Hələlik milli ilə bağlı qərarım 100 faiz qətidir”.

Qeyd edək ki, Pandev AVRO-2020-nin Avstriya ilə (1:3) ilk oyununda komandasının yeganə qoluna imza atıb.