09:57 21-06-2021
news_image
287
TOP OYUNLARI

Bolqarıstan çempion oldu – Azərbaycan Qızıl Avropa Liqasını tərk etdi

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, “Dördlər finalı”nın matçları Bolqarıstanda baş tutub.

Xorvatiyanı 3:1 hesabı ilə məğlub edən meydan sahibləri turnirin qalibi olub. Üçüncülük qarşılaşmasında qrupda Azərbaycanın rəqibi olan İspaniya Çexiyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, mübarizəni qrup mərhələsində dayandıran Azərbaycan yığması Qızıl Avropa Liqasında sonuncu – 11-ci göstəriciyə imza atıb. Bu, millimizin Gümüş Avropa Liqasına yuvarlanması ilə nəticələnib. Yığmamızın əvəzinə isə Bosniya və Herseqovina Qızıl Avropa Liqasında oynayacaq.