10:38 21-06-2021
news_image
177
FUTBOL

“Regionda futbolu inkişaf etdirəcəyi yönündə AFFA-ya güvənirik” - FİFA prezidenti

“Bakıda olmağımdan və AFFA-dakı yaxşı dostlarımla görüşməyimdən məmnun oldum”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Canni İnfantino deyib.

AVRO-2020-nin qrup mərhələsinin III turunda keçirilən İsveçrə - Türkiyə oyununu izləmək üçün Bakıya gələn İnfantino ali futbol qurumunun rəsmi saytına açıqlamasında Azərbaycanda futbolun inkişafına dair görülən işlərdən məmnunluğunu dilə gətirib: “Ölkədə və regionda futbolu inkişaf etdirəcəyi yönündə AFFA-ya güvənirik. Onlar da başa düşürlər ki, FİFA-ya ümid edə bilərlər”.

Qeyd edək ki, İsveçrə - Türkiyə oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.