11:56 21-06-2021
news_image
89
FUTBOL

“Real”da oynamaq istəyir - Poqba

Fransa millisinin və İngiltərə “Mançester Yunayted”inin futbolçusu Pol Poqba karyerasını İspaniyada davam etdirmək istəyir.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Real”a keçməyi arzulayır.

O, bu barədə nümayəndələrini də məlumatlandırıb. Fransalının Mançester təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, Poqba Fransa PSJ-sinin da maraq dairəsindədir.