12:32 21-06-2021
news_image
145
AVRO-2020

Rekordlarla dolu gün – AVRO-2020-də

AVRO-2020-nin qrup mərhələsinin III turunun ilk günü bəzi statistik məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, bunlar İtaliya – Uels (1:0) və İsveçrə - Türkiyə (3:1) qarşılaşmalarının nəticələri ilə bağlıdır.

Qardaş Türkiyə yığması Avropa çempionatları tarixinin antirekordunun bir addımlığında qalıb. Qrup mərhələsini 0 xal və -7 top fərqi (1-8) ilə başa vuran “ay-ulduzlular” yalnız 4 komandaya baxıb təsəlli tapa bilər.

1984-cü ildə Yuqoslaviya (2-10), 2000-ci ildə Danimarka (0-8), 2004-cü ildə Bolqarıstan (1-9), 20102-ci ildə İrlandiyanın (1-9) göstəricisi bir top daha pis olub.

Türkiyəyə 2 qol vuran Xerdan Şakiri İsveçrə millisinin dünya və Avropa çempionatlarının final mərhələlərində ən yaxşı bombardiri olub. Aktivində 7 top olan futbolçu Yozef Xyuqini (6) arxada qoyub.

İtaliya millisi ardıcıl quru oyunların sayını 11-ə çatdırıb. Bu, dünya rekordundan 1 matçlığındadır. 1972-74-cü illərdə İtaliya millisi 12 oyunda qol buraxmayıb.

Dino Zoff həmin seriya zamanı 1143 dəqiqə qapısını toxunulmaz saxlayıb. Canluici Donnarummada bu rəqəm 874-ə bərabərdir. Rekorddan 269 dəqiqə geri qalan qolkiper AVRO-2020-nin sonunadək Zoffu arxada qoya bilər.

İtaliya millisi AVRO-2020-də fenomenal göstəriciyə malikdir. Seçmə və final mərhələlərindəki 13 oyunda 13 qələbə qeydə alınıb.

İtaliya millisi Avropa çempionatları tarixində ilkə imza atıb. Appeninlilər qrupda üç quru hesablı qələbə qazanan birinci komandadır.

Qeyd edək ki, İtaliya həm də məğlubiyyətsizlik seriyasını 30-a çatdırmaqla öz rekordunu təkrarlayıb. Bu, İspaniyanın müəllifi olduğu dünya rekordundan 5 oyun geridədir.