13:43 21-06-2021
news_image
128
AVRO-2020

AVRO-2020-ni başa vurdu – “Barselona”nın hücumçusu

Fransa millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele üçün AVRO-2020 başa çatıb.

Apasport.az saytının məlumatına görə, hücumçu artıq yığmanın düşərgəsini də tərk edib.

Buna onun durumuna aydınlıq gəlməsi səbəb olub. Dizindəki problem üzündən üç həftə oynaya bilməyəcəyi dəqiqləşən Dembele bu üzdən qitə çempionatında iştirak edə bilməyəcək.

Qeyd edək ki, Fransa millisi qrup mərhələsində iki oyun keçirib. “Üçrənglilər” Almaniyaya 1:0 hesabı ilə qalib gəlib və Macarıstanla heç-heçə edib – 1:1.