14:45 21-06-2021
news_image
99
FUTBOL

UEFA-nın baş katibi ilə görüşdü – Elxan Məmmədov

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləmək üçün Azərbaycana səfərə gələn UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı assosiasiya rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.