15:02 21-06-2021
news_image
149
FUTBOL

“Milan”ı əzəli rəqibə dəyişir – Hakan Çalhanoğlu

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Milan”ın yarımmüdafiəçisi əzəli rəqib “İnter”ə keçmək üzrədir.

“Rossonyerlər”lə müqavilə müddəti başa çatan ulduz futbolçu “Yuventus” da başda olmaqla bir neçə təklif alsa da, “İnter”ə üstünlük verdiyi bildirilir. A seriyası çempionunun tezliklə bu keçidi açıqlaması gözlənilir. “Neradzurra”ya azad agent kimi keçəcək Çalhanoğlu 3 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Hakan Çalhanoğlu “Milan”a 2017-ci ildə “Bayer”dən transfer olunub.