16:19 21-06-2021
news_image
141
FUTBOL

Biri ilə müqaviləni uzadır, digəri ilə anlaşır – italiyalı baş məşqçi

İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisini Vinçentso İtalyano çalışdıracaq.

Mütəxəssis yeni klubu ilə müqaviləni də razılaşdırıb. Tərəflər 2+1 illik anlaşıb. İtalyano “Fiorentina”da ildə 1,2 milyon avro qazanacaq.

Qeyd edək ki, ötən mövsüm “Speziya”nı çalışdıran İtalyano bir müddət əvvəl bu klubla müqaviləsini uzatmışdı.