17:35 21-06-2021
news_image
200
DİGƏR NÖVLƏR

Beynəlxalq turnirdə 10 medal qazandı - bədii gimnastlarımız

Misirdə bədii gimnastika üzrə “Egyptian Pharaohs cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda çıxış edən idmançılarımız ölkəmizi uğurla təmsil ediblər. 

Turnirdə Arzu Cəlilova böyüklər arasında, Alina Məmmədova gənclər yaş qrupunda, Məryəm Əliyeva, Gövhər İbrahimova və Aydan Rəhimova isə yeniyetmələr arasında çıxış edib.

Arzu topla nümayiş etdirdiyi proqramına görə bürünc medal qazanıb.

Yeniyetmələrin yarışlarında A qrupunda çıxış edən Gövhər və Məryəm 2 proqram üzrə qalib olublar. Gövhər gürzlərlə, Məryəm isə topla hərəkətlərdə həmyaşıdlarından fərqlənərək 1-ci olub.

Qızlar çoxnövçülükdə və halqa ilə çıxışlarına görə də fəxri kürsüyə yüksəliblər. Hər iki proqram üzrə Gövhər gümüş, Məryəm isə bürünc medala layiq görülüb.

Yeniyetmələrin yarışlarında B qrupunda çıxış edən Aydan isə yarışdığı hər 3 proqramda (çoxnövçülük, alətsiz və halqa) ilk pillədə qərarlaşıb.

Beləliklə, komandamız yarışı 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.