18:43 21-06-2021
news_image
157
FUTBOL

100 milyonluq rəsmi təklif – Keynə görə

“Mançester Siti” “Tottenhem”in hücumçusu Harri Keynin transferində israrını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu 27 yaşlı forvardın keçidi üçün danışıqları intensivləşdirib.

“Şəhərlilər” London təmsilçisinə ilk rəsmi təklifini də göndərib. Mançester klubu İngiltərə millisinin forvardı müqabilində 100 milyon funt-sterlinq (təxminən 117 milyon avro) təklif edib, “Tottenhem”ə bir oyunçusunun qarşı tərəfə yollanma fürsəti verib. Keyn özü ayrılmaq istəyində olsa da, klub rəhbərliyi onu satmaq fikrindən uzaqdır. Forvardla bağlı yekun qərar AVRO-2020-dən sonra veriləcək.

Qeyd edək ki, 2011-ci ildən “Tottenhem”də çıxış edən Harri Keyn ötən mövsüm Premyer Liqanın 35 oyununda 23 qol vurub, 14 məhsuldar ötürmə verib.