17:45 21-06-2021
news_image
221
FUTBOL

“Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq istəyirik” - Şahrudin Məhəmmədəliyev

“Daha 2 il “Qarabağ”da qalacağam. Buna görə çox sevinirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev deyib.

Ağdam təmsilçisi ilə yeni 2 illik müqavilə imzalayan milli komandamızın qolkiperi klubun rəsmi saytına açıqlama verib. Məhəmmədəliyev bildirib ki, “Qarabağ” onun ailəsidir: “Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır”.

27 yaşlı qapıçı yeni mövsümdəki hədəflərindən də söz açıb: “Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik. Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Allahın köməyi ilə bu il hədəflərimizə çatacağıma inanıram”.