18:51 21-06-2021
news_image

Beynəlxalq turnirin qalibi oldu - kikboksçumuz

WAKO-PRO versiyası üzrə açıq Özbəkistan turniri keçirilib.

Apasport.az saytının məlumatına görə, yarışda "Neftçi İdman Klubu”nun yetirməsi - Avropa çempionu, dünya kubokunun qalibi, dünya çempionatının mükafatçısı Ruslan Musayev (67 kq) uğurla çıxış edib.

Mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirən kikboksçumuz inamla mübarizə apararaq yerli idmançı Azizbek Nematov üzərində nokautla qələbə qazanıb və yarışın qızıl medalına sahib olub.

Qeyd edək ki, Ruslan Musayev indiyədək keçirdiyi 13 peşəkar döyüşün 11-dən qalib ayrılıb.

"Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu qələbə münasibətilə kikboksçumuzu qəbul edərək təbrik edib və ona gələcək yarışlarda uğurlar diləyib.