21:52 21-06-2021
news_image
285
FUTBOL

“Neftçi” heç-heçə ilə başladı - Sloveniyada

“Neftçi” 2021/22 mövsümünü hazırlığı Sloveniyada davam etdirir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu yay fasiləsində ilk yoxlama oyununu keçirib.

Samir Abasovun yetirmələri bugünkü ilk sınağında Sloveniya təmsilçisi “Olimpiya” ilə qarşılaşıb. 

1:1 hesabı ilə başa çatan matçdakı hər iki top oyunun əvvəlində vurulub. Görüş qarşılıqlı erkən qollarla başlayıb. Premyer Liqanın bombardiri Namiq Ələsgərov 2-ci dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. Lakin flaqmanın sevinci uzun sürməyib. “Ağ-qaralar” 1 dəqiqə sonra cavab qolunu buraxıb.

Qeyd edək ki, Bakı təmsilçisi növbəti oyununu iyunun 25-də Macarıstanın “Fehervar” klubuna qarşı keçirəcək. 

Yoxlama oyunu
21 iyun
20:00. “Olimpiya” (Sloveniya) – “Neftçi” (Azərbaycan) – 1:1

Namiq Ələsgərov, 2