21:54 21-06-2021
news_image
124
AVRO-2020

İtaliyanın rəqibi bəlli oldu - Avstriya

AVRO-2020-də 1/8 finalın ilk cütü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, iyunun 26-da Londondakı “Uembli” stadionunda qarşılaşacaq hər iki komanda dəqiqləşib.

A qrupunun qalibi olan İtaliyanın 1/8 finaldakı rəqibi bu gün bəlli olub. Appeninlilər C qrupunun ikincisi Avstriya ilə görüşəcək.

Londondakı matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.