00:00 22-06-2021
news_image
116
AVRO-2020

67 illik həsrətə son - Avstriyadan

Avstriya millisi tarixində ilk dəfə Avropa çempionatının qrupundan çıxıb.

Apasport.az saytının məlumatına görə, bu, AVRO-2020-də baş verib.

Franko Fodanın yetirmələri Ukrayna üzərində 1:0 hesablı qələbə ilə qrup ikincisi olaraq 1/8 finala yüksəlib. Avstriya 1960-cı ildən keçirilən qitə çempionatlarında heç vaxt qrup səddini adlaya bilməyib.

Avstriyanın böyük turnirlərdə - dünya və Avropa çempionatlarında son belə uğuru isə DÇ-1954-ə təsadüf edib. Həmin vaxt qrupdan çıxan komanda sonda bürünc medal qazanıb. Avstriyalılar 67 ildən sonra qrupdan çıxa bilib.

Düzdür, avstriyalılar DÇ-1978 və DÇ-1982-də birinci qrup mərhələsini adlayıb. Lakin onlar pley-offa yüksələ bilməyib. Həmin vaxt reqlamentə əsasən mübarizə ikinci qrup mərhələsində davam edib.