00:52 23-06-2021
news_image
439
AVRO-2020

İngiltərə qrup qalibi oldu, Xorvatiya 1/8 finalda – AVRO-2020

AVRO-2020-də qrup mərhələsinin III turu davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 2 oyun keçirilib.

Baş tutan qarşılaşmalarla D qrupunda mübarizəyə yekun vurulub. Bununla 1/8 finala yüksələn ilk iki yerin sahibi də bəlli olub.

İlk iki turda 4 xal toplayan Çexiya və İngiltərə “Uembli”də qarşılaşıb. Rəqibini 1 cavabsız qolla üstələyən ingilislər qrup birincisi kimi növbəti mərhələyə adlayıb.

Aktivində 1 xal olan Xorvatiya ilə Şotlandiya Qlazqoda qarşılaşıb. Çexiyanın büdrəməsindən məharətlə yararlanan xorvatlar qələbə qazanaraq ikinci yeri tutublar. Çexiya isə A qrupundakı İsveçrədən sonra qrup üçüncüsü kimi yoluna davam etmək hüququ qazanıb.

Beləliklə, İtaliya, Uels, İsveçrə, Belçika, Danimarka, Niderland, Avstriya, İsveç, Fransa, İngiltərə və Çexiyadan sonra Xorvatiya da AVRO-2020-nin 1/8 finalında iştirak imkanı əldə edib.

Qeyd edək ki, iyunun 23-də E və F qruplarında keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.

AVRO-2020
III tur, 22 iyun
D qrupu
23:00. Xorvatiya - Şotlandiya - 3:1
Qollar:
Nikola Vlaşiç, 17, Luka Modriç, 62, İvan Perişiç, 77 - Kallum Makqreqor, 42
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Qlazqo. “Hempden Park” stadionu

23:00. Çexiya – İngiltərə - 0:1
Qol:
Rahim Sterlinq, 12
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
London. “Uembli” stadionu

1

İngiltərə

3 2

1

0

2-0 7

2

Xorvatiya 3

1

1

1 4-3

4

3

Çexiya 3 1

1

1

3-2 4

4

Şotlandiya

3

0

1

2 1-5

1