00:55 22-06-2021
news_image
253
AVRO-2020

Daha 5 komanda 1/8 finalda – AVRO-2020-də

AVRO-2020-də qrup üçüncüsü kimi 1/8 finala yüksələn ilk komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu, üç qrupda mübarizə başa çatdıqdan sonra rəsmiləşib.

A, B və C qruplarının üçüncüləri arasında ən yaxşı nəticəyə malik olan komanda “dördlük”də yerini təmin edib. Söhbət 6 üçüncü yer sahibindən mərhələ adlayan 4 ən yaxşıdan gedir.

Ən azı 2 qrupdakı qiyabi rəqibini qabarlamaq isə 1/8 finala vəsiqə üçün yetərli olub. A qrupunun üçüncüsü olan İsveçrə bu vəsiqəni əldə edib. Onlar hərəyə üç xal toplayan Ukrayna və Finlandiyadan daha yaxşı nəticəyə malikdir.

A

İsveçrə

3

1

1

1

4-5

4

C

Ukrayna

3

1

0

2

4-5

3

B

Finlandiya

3

1

0

2

1-3

3

3-cü yer sahiblərindən ikisinin aktivində 3 xal olması daha dörd komandanın 1/8 finala yolunu açıb. Bunlar Çexiya, İngiltərə, İsveç və Fransa milliləridir.

Adıçəkilən yığmalar öz qruplarında ilk üç yerdən birini təmin edib. Aktivində 4 xal olan həmin millilər 3-cü olsa belə, Ukrayna və Finlandiyanı qabaqlayacaqlar.

Qeyd edək ki, İtaliya və Uels A, Belçika və Danimarka B, Niderland və Avstriya C qrupunda ilk iki yerin sahibi kimi 1/8 finala yüksəlib.