09:06 22-06-2021
news_image
119
FUTBOL

“Bunu başa düşməyimiz digərlərindən bir az uzun çəkdi” – millimizin baş məşqçisi

“Müdafiə və əks hücumlar dəbdən çıxıb, Mançini bunu başa düşdü”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliya mətbuatına açıqlama verən təcrübəli mütəxəssis ölkəsinin milli komandasının AVRO-2020-dəki çıxışını dəyərləndirib. O, “Skuadra Adzurra”dakı həmkarı Roberto Mançininin uğurlu işlər gördüyünü söyləyib: “Milli komanda aktiv futbol oynayır, tez-tez hücuma keçir. İndiki vaxtda ancaq bu şəkildə qələbə qazanılır. Mançini milliyə qalib gələn düşüncə tərzi aşılamaqla və bir çox gəncə şans verməklə əla iş görür. Bu çevriliş daha öncədən başladılıb. Nəticəni spekulyasiya etmək indi işə yaramır. Bunu başa düşməyimiz digərlərindən bir az uzun çəkdi”.

Qeyd edək ki, İtaliya yığması yer aldığı A qrupunda Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) üzərində qələbə qazanaraq, 1/8 finala vəsiqə əldə edib.