09:16 22-06-2021
news_image
457
FUTBOL

A seriyası klubunu çalışdıra bilər – Canni de Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliyada çalışa bilər.

Apasport.az xəbər verir ki, bu iddia ilə “Sky Sport” jurnalisti Canluka di Marzio çıxış edib.

Sosial şəbəkədə videosunu yayımlayan di Marzio “Sampdoriya”nın yeni baş məşqçi axtarışında olduğunu bildirib və telefonunda Canni de Byazinin şəklini göstərib. Bununla o, yığmamızın çalışdırıcısının A seriyası təmsilçisinə keçmə variantını ortaya atıb. Di Marzio onu da vurğulayıb ki, de Byazi “Sampdoriya”nın idman direktoru Karlo Osti tərəfindən çox bəyənilir.

Qeyd edək ki, “Sampdoriya” ötən mövsüm A seriyasında 52 xalla 9-cu yeri tutub.