10:05 22-06-2021
news_image
181
FUTBOL

Messiyə komanda yoldaşı ola bilər - Ronaldo

Əfsanəvi futbolçular Lionel Messi ilə Kriştiano Ronaldonun yenidən eyni komandada çıxış etmək variantı yaranıb.

Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, “Barselona” “Yuventus”un superulduzunun xidmətində maraqlıdır.

Bildirilib ki, Kataloniya klubunun prezidenti Joan Laporta Ronaldonun meneceri Xorxe Mendeşlə əlaqə saxlamaq və transferin mümkünlüyünü müzakirə etmək fikrindədir. Portuqaliyalı forvard özü Turin klubunda qalmaq istəmir. Ancaq Laportanın da bəzi şərtləri olacaq. İlk növbədə 36 yaşlı forvard maaş endiriminə razı olmalıdır. Prezident transferi büdcədən pul xərcləmədən, sponsorların dəstəyi ilə reallaşdırmaq niyyətindədir.

Transfer dəyəri 25-30 milyon avroya bərabər göstərilən Ronaldo qarşılığında “Barselona” “Yuventus”a Antuan Qrizmann, Usman Dembele və ya Filipp Koutinyonu təklif edəcək.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir.