10:33 22-06-2021
news_image
131
FUTBOL

2 futbolçusu ilə vidalaşdı – “Zirə”

Yeni mövsümün hazırlığını davam etdirən “Zirə” daha 2 futbolçusu ilə bağlı qərarını verib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bir yerli və bir əcnəbi oyunçu ilə yollar ayrılıb.

Paytaxt təmsilçisi argentinalı hücumçu Fakundo Melivilonun başa çatan müqaviləsini yeniləməyə lüzum görməyib. Şəhriyar Rəhimov isə qarşılıqlı razılaşma əsasında komandadan ayrılıb. Müdafiəçinin gələn ilin yayına qədər olan müqaviləsinə xitam verilib.

Qeyd edək ki, “Zirə” buna qədər Elvin Camalov, Kərim Diniyev, Lazar Corceviç, Ruslan Qurbanov, Tural Bayramlı, Klesio Bauk, Rodriqo Bonqonqui və Mateus Albino ilə yollarını ayırıb.